Lənkəran və Astara məktəbliləri ictimai fəal məktəb modeli barədə məlumatlandırılıb

Lənkəran və Astara məktəbliləri ictimai fəal məktəb modeli barədə məlumatlandırılıb Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Lənkəran və Astara rayonları məktəblərində ictimai aktiv məktəb modelinin qurulması” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarında yerləşən orta məktəblərdə şagirdlər üçün seminarlar keçirib.
Bildirilib ki, layihənin məqsədi məktəb və cəmiyyətin tərəfdaşlığını inkişaf etdirmək, ümumtəhsil müəssisəsində iştirakçılıq, könüllülük fəaliyyətinin genişləndirilməsi, şagirdlərin ictimai fəallığını inkişaf etdirməklə onların sosiallaşması, məktəblərdə sosial iştirakçılığı yüksəltməklə ictimai aktiv məktəb modelinin yaradılmasına dəstək göstərməkdir.
Seminarlar vasitəsilə Lənkəran və Astara məktəblərinin şagirdlərinin ictimai fəal məktəb modeli və fəal iştirak, könüllülük, liderlik və sosial tərəfdaşlıq mövzularında məlumatlılıq səviyyəsi artırılıb. Eyni zamanda, orta məktəb şagirdlərinin ictimai fəallığa həvəsləndirilməsi, yerli səviyyədə təhsil və sosial problemlərin həllində aktiv iştirakçılığa, müasir dünyagörüşünə, yüksək intellektə və mədəniyyətə sahib olmaq, sağlam, təhlükəsiz bir həyat tərzi keçirmələri sahəsində bilik, bacarıq və vərdişlərin artırılması əsas hədəflərdən olub.
Seminarlarda ekspert iştirakçılara ictimai fəal məktəb haqqında geniş bilik və informasiyalar verilib. Qeyd olunub ki, icma məktəbləri şagirdlərin təhsil və həyat uğurlarını dəstəkləmək üçün “şagird mərkəzli” yanaşmanı tətbiq edir. Bu isə o deməkdir ki, həmin məktəblər tələbələrin sosial və emosional inkişafına, eləcə də onların akademik öyrənmələrinə açıq şəkildə diqqət yetirir, onların bir-birinə bağlı olduğunu və bir-birini gücləndirdiyini dərk edir. İnteqrasiya edilmiş tələbə dəstəyinin təmin edilməsi məktəbin hər hansı bir şəxs tərəfindən deyil, birgə şəkildə idarə olunması deməkdir. Bildirilib ki, valideynlər, nənə və babalar, qardaşlar, qonşular və digər icma dostları məktəbin vacib hissələridir. Bütün xidmət təmin edən icma məktəbləri, tələbə dəstəyini artırmaq üçün bütün insanları bir araya gətirən qonşuluq mərkəzləri kimi fəaliyyət göstərir. Məqsədlər və strategiyalar yaratmaq, tələbələrin tərəqqisini izləmək və müvəffəqiyyətə aparan maneələri müəyyən etmək və istiqamətləndirmək üçün komanda şəklində işləyirlər.
Seminarda iştirakçıların sualları cavablandırılıb, çap vasitələri paylanılıb və onlara sertifikatlar təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər