Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) və digər səkkiz ali təhsil müəssisəsinin birgə tərəfdaşlığı ilə icra olunan “Work4CE” beynəlxalq konsorsium layihəsi çərçivəsində Belçikada “Təlimçilər üçün Təlim” həftəsi keçirilib. Layihənin tərəfdaş qurumu Löven Katolik Universitetinin (K.U. Leuven) Mühəndislik texnologiyası fakültəsinin dəvəti ilə həmin fakültənin Texnologiya Kampusunda (“Campus de Nayer”) təşkil olunan tədbirdə Akademiyanı İnformasiya texnologiyaları və texniki elmlər kafedrasının müdiri Babək Abbasov, Gömrük və idarəetmə kafedrasının müdiri Elvin Əlirzayev və beynəlxalq əməkdaşlıq və layihələr koordinatoru, “Work4Ce” layihəsinin meneceri Elvin Mecidov təmsil ediblər.
Tədbirin məqsədi beynəlxalq konsorsiumda olan tərəfdaş ali təhsil müəssisələrinin layihə çərçivəsində hazırladıqları elektron tədris resurslarının təqdimatı, layihənin idarə olunmasında aktual məsələlərin və növbəti layihə fəaliyyətlərinin müzakirəsi olub.
Layihə çərçivəsində DGKA tərəfindən yeddi fəndən ibarət olan Rəqəmsal Texnologiyalar elektron tədris modulu və modula daxil olan fənlərin hər biri üzrə rəqəmsal tədris materialları hazırlanıb. Akademiyanın əməkdaşları təlimdə çıxış edərək Rəqəmsal Texnologiyalar modulunu və ona daxil olan yeddi kursun tədris resurslarını beynəlxalq layihə konsorsiumunda olan qurumların nümayəndələrinə təqdim ediblər. Hazırlanmış resurslar KU Leuven Mühəndislik fakültəsinin professor-müəllim heyəti tərəfindən yüksək dəyərləndirilib.
5 gün ərzində davam edən təlimdə eyni zamanda layihə menecerləri, o cümlədən Elvin Mecidov tərəfindən layihənin idarə edilməsində aktual məsələlər üzrə xüsusi təqdimatlar keçirilib.
Təlim həftəsinin son günündə iştirakçılara sertifikatlar təqdim edilib.
15 noyabr 2020-ci ildə başlanmış və 2024-cü ilin noyabr ayınadək davam edəcək layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir və Aİ-nin Erasmus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyasında həyata keçirilir. O, Dördüncü Sənaye İnqilabının (“Sənaye 4.0”) tələb etdiyi biliklərə və bacarıqlara, xüsusilə rəqəmsal qabiliyyətlərə malik peşəkar kadrların (“İşçi Qüvvəsi 4.0”) müxtəlif ixtisas sahələrində əmək bazarı dinamikasına uyğun hazırlanması (“İş 4.0”) məqsədilə rəqəmsal transformasiyalara dair doqquz elektron tədris modulunun yaradılması və bunun əsasında tərəfdaş qurumlar arasında hibrid formada
tədris olunacaq birgə Virtual Magistratura Proqramının yaradılmasını hədəfləyir. Gömrük Akademiyasının layihədə məqsədi Azərbaycanda gömrük sahəsi üzrə təlim-tədrisin “Sənaye 4.0” və “İşçi Qüvvəsi 4.0” dövrünün əmək bazarı tələbatına, xüsusilə milli gömrük qurumlarının rəqəmsal transformasiyasına uyğunlaşdırılaraq təkmilləşdirilməsi, həmçinin Azərbaycan gömrük xidməti orqanlarının peşəkar və ixtisaslaşmış gömrük kadrları ilə təminatını dəstəkləməkdir.
Tehsil-press.az