Binaların və qurğuların zəlzələyə davamlılığı tikintinin hər zaman aktual problemlərindən biri olub. Son zamanlar qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ bu məsələnin nə qədər aktual olduğunu bir daha xatırlatdı. Eyni zamanda, zəlzələlərin nə dərəcədə dağıdıcı olması, onların fəsadları nəticəsində insan tələfatının böyük olması barədə bizə bir daha məlumat verdi.
Bunu jurnalistlərə müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova söyləyib. Rektor bildirib ki, “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresinin mövzusu çox aktualdır. Bu gün dünyanın müasir inkişafı, memarlığın, inşaat texnologiyalarının inkişafı, bina və qurğuların yeni konstruksiyalarının həyata keçirilməsi zəlzələyə davamlılıq problemlərini daha aktual edir. Eyni zamanda, bu günə qədər mövcud standartlara və normativlərə yeni təcrübələr nəzərə alınmaqla yenidən baxılmasını tələb edir. Bugünkü Beynəlxalq Konqresdə bir sıra xarici ölkələrdən gəlmiş tanınmış mütəxəssislərin, alimlərin, zəlzələyə davamlı tikinti mərkəzlərinin rəhbərlərinin də mövzu ilə bağlı çıxışları, təqdimatları olacaq, məruzələri dinləniləcək.
“Konqres çərçivəsində AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi ilə dünyanın bir neçə ölkəsinin Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat mərkəzləri arasında beynəlxalq əməkdaşlıq sazişləri imzalanıb. Gələcəkdə mütəxəssis hazırlığında, eyni zamanda, inşaat elminin inkişafında bu əməkdaşlığın çox böyük rolu olacaq və ölkəmizdə daha etibarlı, seysmik dayanıqlı tikintinin aparılmasına zəmin yaradacaq”,- deyə Gülçöhrə Məmmədova vurğulayıb.
Tehsil-press.az