Tələbələr zəlzələyə davamlı tikililərin layihələndirmə qaydalarına dair məlumatlandırılıb

Tələbələr zəlzələyə davamlı tikililərin layihələndirmə qaydalarına dair məlumatlandırılıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Bina və qurğuların müayinəsi və zəlzələyə davamlılığı” mövzusunda elmi seminar keçirilib. Seminarın keçirilməsində əsas məqsəd universitetdə tədris edilən fənlərin praktikada tətbiqinin real təsəvvürünü yaratmaq, tələbə və müəllimlər arasında fikir mübadiləsi aparmaq olub.
Seminarda Tələbə Elmi Cəmiyyətinin sədri Reyhan Əkbərli, Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasının dosenti Tükəzban Həsənova nəzəri biliklərə əsaslanan təcrübələrini tələbələrlə bölüşüblər. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun kiçik elmi işçisi, AzMİU-nun magistrantı Pərviz Qarayev təmsil olunduğu qurum haqqında ümumi məlumat verib. O, institutun laboratoriyalarında aparılan sınaqlara dair videoçarxı təqdim edib, bina və qurğuların müayinəsi və zəlzələyə davamlılığı, tikinti obyektinin müayinə forması və növləri, bina və qurğuların müayinəsinin aparılması üsulları haqqında danışıb. Həmçinin P.Qarayevin ekspert rəyinin verilməsi üçün iştirak etdiyi tunelin müayinəsinə dair videoçarx nümayiş olunub, əldə olunmuş sınaq nümunələrinin laboratoriyada hansı şəraitdə yoxlanılması göstərilib. Daha sonra P.Qarayev zəlzələyə davamlı tikililərin layihələndirmə qaydalarına dair məlumat verib, zəlzələ təsirlərinin azaldılması üçün tikintidə görülən müasir tədbirlərdən bəhs edib və tələbələrin suallarını cavablandırıb.
Görüşdə 40-a yaxın tələbə iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər