Dünyanın ən böyük texnoloji yarışması olan “TEXNOFEST”də bu il 93 ölkənin komandası iştirak edir. UNEC-in komandası da “TEXNOFEST-2023”ün finalında iştirak etmək üçün Türkiyədə səfərdədir.
UNEC-in komandası yarışmaya kənd təsərrüfatı sahəsində istifadə ediləcək aqrar robot layihəsini təqdim edib. Süni intellektlə idarə olunan robot vasitəsilə əkin sahəsində bitkilərin alaq otlarından təmizlənməsi həyata keçiriləcək və məhsuldarlığın artımına nail olunacaq.
Layihənin rəhbəri və komandanın kapitanı Məhəmməd Rəhimovdur. O, UNEC-də “Layihələrin idarə edilməsi” ixtisası üzrə MBA təhsili alır. Komandanın üzvləri, Rəqəmsal iqtisadiyyat və Mühəndislik fakültələrinin tələbələri Türkan Bəşirli (kompüter elmləri), Məhəmməd Məmmədov (elektrik və elektronika mühəndisliyi), Kənan Mustafayev (metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi) və Ayşən Əhmədovadır (kompüter elmləri).
Komanda ölkəni Türkiyənin İstanbul şəhərində təmsil edəcək.
Xatırladaq ki, Məhəmməd Rəhimovun rəhbərlik etdiyi digər komandalar ilk dəfə Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST-2021” yarışmasında aqrar PUA layihəsi ilə ən yüksək bal ilə finala vəsiqə qazanmışdı. Həmçinin Azərbaycanda keçirilən “TEXNOFEST 2022 Azərbaycan” yarışmasında da eyni kateqoriya üzrə UNEC-i uğurla təmsil etmişdi.
Tehsil-press.az