AzMİU-da növbəti imtahanların 59 faizi test üsulu ilə aparılacaq

AzMİU-da növbəti imtahanların 59 faizi test üsulu ilə aparılacaq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) cari tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqlar fevralın 16-dan başlanıb. Dərs cədvəlləri elektron formada tərtib edilərək dekanlıqlara, kafedralara göndərilib, həmçinin tələbələrin “Şəxsi kabinet”ində yerləşdirilib. Yaz semestrində verilən tapşırıqlar üçün konkret zamanın müəyyənləşdirilməsi və göstərilən zaman müddətində tapşırıqların icrasına nəzarət gücləndirilib. Bu semestrdə 1039 tələbə alt dərsə yazılıb.
Bunu AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov deyib.
Akif Qasımovun sözlərinə görə, fənlərin imtahan formaları fakültələrlə birgə müəyyənləşdirilib və ixtisas fənləri istisna olmaqla digər fənlərin attestasiyasının test formasında aparılmasına üstünlük verilib. “437 fəndən 154 fənn (35 faiz) yazılı, 256 fənn (59 faiz) test üsulu ilə və 27 fənn (6 faiz) imtahanlarının fakültədə keçirilməsi planlaşdırılıb. Bu tədris semestrində I kurslarda aylıq aralıq imtahanlar mərkəzləşmiş formada test üsulu ilə keçirilməsi davam edəcək. Artıq bütün fənlərdən testlər Test mərkəzinə göndərilib”, - deyə prorektor əlavə edib.

Tehsil-press.az




Oxşar xəbərlər