Bakı Slavyan Universitetində (BSU) Xarici dil müəllimliyi fakültəsi və İngilis filologiyası kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və gənclər siyasəti” adlı tədbir keçirilib.
Rektor Anar Nağıyev çıxışında ölkəmizdə və BSU-da “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin əhəmiyyətini vurğulayıb, 1970-1980-ci illərdə Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. O, Heydər Əliyevin təşəbbüsü ilə o zaman azərbaycanlı gənclərin ixtisaslı kadrlar kimi yetişdirilməsi üçün keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildiyini, Azərbaycan gəncləri ilə bağlı bu addımların müstəqillik dövründə də davam etdiyini deyib. Rektor gənclərə Heydər Əliyevin zəngin irsini öyrənməyi tövsiyə edib.
Milli Məclisin deputatı, İngilis filologiyası kafedrasının müdiri Sevinc Fətəliyeva Ulu Öndər Heydər Əliyevin həyat təcrübəsinin bir məktəb olduğunu, onun hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi zaman hər bir sahədə gənclərə xüsusi önəm verdiyini vurğulayıb. O, Ulu Öndərin gənclərə göstərdiyi qayğı və diqqətdən söz açaraq, müxtəlif gənclər təşkilatlarının təşəkkül tapdığını, eyni zamanda, demokratik cəmiyyətin yaradılmasında yeni düşüncəli gənclərin bu birliklərdə birləşdiyini söyləyib. S.Fətəliyeva, həmçinin Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılarla görüşlərdə gənclərə xüsusi diqqət ayırdığını deyib.
Tarix və ictimai elmlər fakültəsinin dosenti Adil Əliyev çıxışında Ümummilli Liderin Azərbaycan xalqını təhlükələrdən qoruduğunu, bütün sahələrdə inkişafın təməlini qoyduğunu diqqətə çatdırıb. O, Heydər Əliyevin keçdiyi zəngin və şərəfli həyat yoluna nəzər salıb, Prezident İlham Əliyevin Ulu Öndərin inkişaf strategiyası və siyasətini, o cümlədən gənclər siyasətini uğurla davam etdirdiyini bildirib.
İngilis filologiyası kafedrasının baş müəllimi Xəyalə Qasımova dahi rəhbər Heydər Əliyevin ölkə gəncliyinə investisiya qoyduğunu vurğulayaraq, Gənclər Fondunun yaradılmasının da onun Azərbaycan gəncliyinə töhfəsi olduğunu deyib. O, həmçinin çıxışında Ulu Öndərin təhsil, idman, mədəniyyət sahəsindəki danılmaz rolundan söz açıb.
Tədbirdə tələbələr ingilis, alman, rus və fransız dillərində təqdimatlarla çıxış ediblər.
Sonda Xarici dil müəllimliyi fakültəsinin nəzdində Alman filologiyası kafedrasının təşəbbüsü ilə xarici dil müəllimliyi və almaniyaşünaslıq ixtisasları üzrə təhsil alan tələbələr arasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tehsil-press.az