Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ilk dəfə olaraq MOOC (kütləvi onlayın açıq kurslar) platforması ilə bağlı onlayn görüş keçirilib.
Universitetin Nəqliyyat, informasiya-kommunikasiya texnologiyalari və təbiət elmləri kafedrasının müdiri Nazim Rüstəmov tədbir iştirakçılarını kütləvi onlayn açıq kursların təşkili, o cümlədən platformadan istifadə qaydaları ilə tanış edb.
Platformanın yaradılması, professor-müəllim heyəti və mentorların bu prosesə cəlb edilməsini şərtləndirən “Erasmus+” ali təhsil sahəsində potensialın gücləndirilməsi proqramının layihəsi olan “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən təcrübə müəssisələri pilot kursları” (“PICASP”) Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.
Layihənin gedişatında sənaye tərəfdaşları ilə ATMU əməkdaşlığının davam etdirilməsi və akademik heyətə MOOC platforması üzərindən metodiki dəstəyin göstərilməsi nəzərdə tutulub.
Tehsil-press.az