Rektor Kamal Abdulla: Əminəm ki, Bakı Amerika Mərkəzi bundan sonra da faydalı işlərə imza atacaq

Rektor Kamal Abdulla: Əminəm ki, Bakı Amerika Mərkəzi bundan sonra da faydalı işlərə imza atacaq Azərbaycan Dillər Universitetində ABŞ Dövlət Departamentinin Amerika məkanlarının regional ictimai əlaqələr üzrə mütəxəssisi xanım Şeyla Veirlə və ABŞ səfirliyinin mədəniyyət üzrə attaşesi Hacı Salmanla görüş keçirilib.
Qonaqlarla görüşdə rektor Kamal Abdulla ADU-nun Bakı Amerika Mərkəzinin əsas mərkəzlərdən biri olduğunu bildirib. O, eyni zamanda, universitetdə fəaliyyət göstərən digər dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib. Qeyd olunub ki, mərkəzlər tədris və elmi bölmələrlə əlaqəli formada fəaliyyətdədir. Həmçinin bu mərkəzlər tələbələrlə yanaşı, ölkələrin dili, mədəniyyəti, ədəbiyyatı ilə maraqlanan hər kəsin üzünə açıqdır. Tələbələrin Amerika üslubunu rahatlıqla qəbul etdiyini deyən universitet rəhbəri Bakı Amerika Mərkəzinin zəngin kitabxana və internet bazasından müəllim və tələbələrin, həmçinin digər maraqlı şəxslərin səmərəli şəkildə bəhrələndiklərini diqqətə çatdırıb: “Universitetimizdə Avropa dilləri ilə yanaşı, yapon, Koreya, İndoneziya, Çin, ərəb, türk, sankrit və s. dillər də tədris olunur. Beynəlxalq əlaqələrimiz bizə geniş imkanlar yaradır və bu imkanlar həm elmi, həm də mədəni mübadilənin əhəmiyyətini göstərir. Əminəm ki, Bakı Amerika Mərkəzi bundan sonra da həm müəllimlərimiz, həm də tələbələrimiz üçün faydalı işlərə imza atacaq”.
Qonaqlar ADU ilə əməkdaşlığın əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, universitetlər arasında mübadilə proqramlarının qurulması önəmlidir. Bildirilib ki, cəmiyyətlərin inkişafında Amerika mərkəzlərinin təsir imkanları böyükdür. Bu 15 ildə Amerika mərkəzləri çox inkişaf edib, uzun yol qət edib. Bu illər ərzində prioritetlər dəyişsə də, mərkəzlər ictimaiyyət üçün daima açıq olub.
Görüş gələcək layihələrin həyata keçirilməsi istiqamətində müzakirələrlə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər