Almaniyanın Fridrix-Aleksandr Erlangen-Nürnberq Universitetinin və Qazaxıstanın Qazax Milli Pedaqoji Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.
2021-2023-cü illəri əhatə edən “Pedaqoji peşəkarlıq və beynəlmiləlləşmə - postsovet islam təhsil məkanı ilə dialoq” layihəsi çərçivəsində universitetin bir qrup əməkdaşı iki dəfə Almaniyada və bir dəfə Qazaxıstanda olub. Mövzu ilə bağlı seminarlar və təlimlər keçirilib.
Səfər çərçivəsində nümayəndə heyəti Quba filialına da gedib. Filialın direktoru dosent Yusif Alıyev bu cür görüşlərin professor-müəllim heyəti və tələbələrin həyatında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Qonaqlar Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyini və “40 pilləkən” kompleksini ziyarət ediblər.
Yekunda tədbirlərin təşkilində əməyi olan hər bir iştirakçıya ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın adından təşəkkürnamə təqdim edilib.
Qeyd edək ki, iyunun 5-6-da layihə çərçivəsində “Çoxdillilik, beynəlmiləlləşmə, rəqəmsallaşma müəllim hazırlığında innovativ amillər kimi” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulur.
Tehsil-press.az