AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 15 Iyun - Milli Qurtuluş Günü münasibətilə “Böyük xilaskarın qayıdışı” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lideri Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra MEK-in baş direktoru professor Məmməd Əliyev bu günün böyük ictimai, siyasi və tarixi əhəmiyyətinə nəzər salıb, milli qurtuluşdan başlanan yolda əldə edilən uğurların əsas məqamlarını diqqətə çatdırıb. “XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilərək xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub, yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib”,- deyə baş direktor qeyd edib.
Professor Məmməd Əliyev çıxışı zamanı onu da bildirib ki, bu gün Ulu Öndərin həm daxili, həm də xarici siyasəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük müharibə, hazırda bütün istiqamətlərdə həyata keçirilən “Böyük Qayıdış” siyasəti, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və bu kimi mühüm layihələr Azərbaycanı nəinki regionun, hətta dünyanın güclü və sayılan dövlətləri sırasına daxil edib.
Vurğulanıb ki, Mərkəzi Elmi Kitabxana 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində böyük layihələrə imza atıb və bu proses davam edir. Kitabxanada fəaliyyət göstərən Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin zəngin nəşrləri, mütəmadi keçirilən lektoriyalar, konfranslar, tədbirlər, bu ilin çərçivəsində ərsəyə gələn biblioqrafik göstərici və digərləri gənclər arasında böyük şəxsiyyətin zəngin siyasi irsinin öyrənilməsi, təbliği sahəsində mühüm rola malikdir.
Tədbirin sonunda Milli Qurtuluş Günü münasibətilə təşkil olunan sərgiyə baxış keçirilib. Sərgidə “Qətiyyətin təntənəsi”, “Azərbaycan 1993”, “Dönüşdən qurtuluşa”, “Həqiqət - necə varsa”, “Azərbaycanın qurtuluş tarixi” və digər dəyərli nəşrlər təqdim edilib. Təqdim olunan bu kitablar 1993-cü ilin iyun-dekabr aylarında Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyəti, Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı və möhkəmlənməsi yolunda çoxşaxəli fəaliyyətini əks etdirir.
Tehsil-press.az