ADA Universiteti, Elm və Təhsil Nazirliyi və ABŞ-ın “Anthology” Təhsil və Tədqiqat Mərkəzinin birgə əməkdaşlığı ilə “VI ADA 2023” Beynəlxalq Təhsil Konfransı keçirilir.
“Maarifçiliyə yenidən baxış” şüarı altında keçirilən konfransın açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli və ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal çıxış ediblər.
Tədbir zamanı “Anthology” Təhsil və Tədqiqat Mərkəzinin əməkdaşları tərəfindən ADA Universitetinə “Akademik mükəmməllik mərkəzi” mükafatı təqdim edilib.
“Maarifçilik və rəqəmsal inqilab” təcrübəsini yenidən nəzərdən keçirməyi və təhsil ictimaiyyətində müzakirələri təmin etməklə qarşıya çıxan problemləri həll etməyi hədəfləyən konfrans alimləri, təhsil siyasətinin icrasında iştirak edənləri, müstəqil tədqiqatçıları, təhsil işçilərini və tələbələri bir araya gətirərək tədris və öyrənmə, liderlik və təhsil müəssisələri, qiymətləndirmə və dəyərləndirmə daxil olmaqla müxtəlif mövzularda tədqiqatlar qəbul edib.
Corc Vaşinqton Universitetinin professoru Michael Feuer və Latviya Universitetinin humanitar və təhsil elmləri üzrə prorektoru İna Druviet tərəfindən “Siyasət və liderlik üçün təhsil araşdırmaları: 40 illik təcrübədən dərslər” mövzusunda əsas çıxış konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Konfrans “Texnoloji tərəqqi və rəqəmsallaşma dövründə təhsil müəssisələrinin transformasiyası” ilə bağlı interaktiv panel müzakirələri ilə davam edib. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov daxil olmaqla, digər təhsil müəssisələrindən nümayəndələr öz təcrübələrini bölüşüblər.
Konfransın ikinci günü rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun əsas çıxışı ilə işə başlayacaq və “Texnoloji tərəqqi və rəqəmsallaşma dövründə təhsil müəssisələrinin transformasiyası” mövzusunda panel müzakirələrlə davam edəcək.
Daha sonra ADA Universitetinin professoru Samir Rüstəmov CeDAR-ın (ADA Centre for Data Analytics Research) yeni məhsulu – Azərbaycan dili üçün AI (Süni İntellekt) virtual köməkçi GPT proqramı “ANLAT”ın təqdimatını edəcək. Təqdimatdan sonra ali təhsildə süni intellekt lehinə və əleyhinə debatlar və auditoriyanın iştirakı üçün sual-cavab sessiyası keçiriləcək.
Qeyd edək ki, konfrans zamanı “Blackboard Ally ilə tələbələr üçün inklüziv tədris təcrübəsinin yaradılması”, “Müəllimlərin rəqəmsal transformasiyaya münasibəti” və “Ali təhsildə peşəkar inkişaf, “Anthology” şirkətinin rəqəmsal tədris və təlim təcrübələri” adlı üç bölmə iclasının keçirilməsi nəzərdə tutulub.
Tehsil-press.az