Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında görkəmli macar şairi Şandor Petöfinin anadan olmasının 200 illiyinə həsr olunmuş “Məhəbbət və azadlıq” poeziya kitabının təqdimat mərasimi keçirilib.
Toplantıda çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Şandor Petöfinin dünyaşöhrətli şair olmaqla yanaşı, həm də qısa ömrünü vətəninin azadlığı yolunda qurban vermiş qəhrəman olduğunu söyləyib. Şahin Mustafayev rəhbərlik etdiyi qurumun Macarıstanla tarix və mədəniyyətşünaslıq istiqamətində silsilə layihələri uğurla həyata keçirdiyini qeyd edib, O, akademiyanın türk dünyası, eləcə də geniş kütlələr üçün böyük əhəmiyyət kəsb edən Armin Vamberi, Gyula Nemet, İştvan Konqur Mandokinin adlarının təbliğinə öz töhfəsini verdiyini bildirib.
Macarıstanın Astanadakı səfiri Otto İvan Rona şairin 200 illik yubileyi münasibətilə yenidən nəşr olunan poeziya kitabının qazax oxucularının Şandor Petöfinin əsərlərini daha yaxından tanımasına imkan yaradacağına əminliyini ifadə edib.
Qeyd edək ki, kitabda Şandor Petöfinin məşhur qazax şairi Qədir Mirzə Əlinin tərcüməsi ilə ədəbi ictimaiyyətdə böyük rəğbət qazanmış şeirləri yer alıb. Bu gün oxucuların əksəriyyətinin elektron kitablardan istifadə etməsi nəzərə alınaraq kitabın elektron versiyasına QR kodla daxil olmaq mümkündür. Əsərin Epub və PDF versiyalarını kitabın üz qabığındakı QR koddan istifadə etməklə asanlıqla yükləmək mümkündür.
Kitabın təbliği çərçivəsində Macarıstanın Qazaxıstandakı səfirliyi tərəfindən Şandor Petöfinin həyat və yaradıcılığından bəhs edən sərgi təşkil olunub. Sərgidə 26 yaşında ədəbi aləmdə iz qoymuş Şandor Petöfinin qəhrəmanlığı və alovlu şeirləri haqqında geniş məlumat verilib.
Tehsil-press.az