Azərbaycan Dillər Universitetində (ADU) 2022/2023-cü tədris ilində bakalavrat və magistratura səviyyələrində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib.
Tədbirdən öncə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla xarici ölkələrin Azərbaycandakı səfirləri və səfirliklərinin nümayəndələri ilə görüşüb. Rektor qonaqlara universitetdə tədris edilən ixtisaslar və ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Bildirib ki, ADU-nun 6 min tələbəsi var. 2022-2023-cü tədris ilində universitetin 1500-ə yaxın tələbəsi məzun olur.
“Məzun günü” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra “Gaudeamus” tələbə himni səslənib.
Rektor Kamal Abdulla məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, ADU-nun əldə etdiyi nailiyyətlərdən danışıb.
Akademik gənclərə öz tövsiyələrini verərək deyib: “Bu gün dünyada Azərbaycanın cəsarətli siyasi, ideoloji, iqtisadi və mədəni sıçrayışına hamımız şahidik. Müasir Azərbaycanın inkişafında gənclərin rolu əvəzsizdir. İnanırıq ki, onlar Vətənə layiqli övlad kimi xidmət göstərəcəklər. Dəvətimizi qəbul edib “Məzun günü”ndə iştirak edən səfirlərə, deputatlara təşəkkürümü bildirirəm ki, bu təhsil bayramını bizimlə bir yerdə keçirirlər. Tədris prosesində sizin hər birinizin yaxından iştirakının şahidi olmuşuq, sizin dəstəyinizi hiss etmişik”.
Kamal Abdulla əlavə edib ki, ADU-nun qapıları öz məzunlarının üzünə həmişə açıq olub və bu, hər zaman belə olacaq: “Əziz məzunlar, harada olmağınızdan asılı olmayaraq, biz həmişə sizin yanınızda olacağıq. Siz bizim mənəvi dəstəyimizə həmişə arxayın ola bilərsiniz. Öz yurdunuzun, torpağınızın, təhsil aldığınız universitetin adını həmişə ləyaqətlə ucaldacaqsınız”.
Tədbirdə daha sonra çıxış edən səfirlər, səfirlik əməkdaşları və Milli Məclisin deputatları ADU-nun qazandığı uğurlardan, bu ali təhsil ocağının genişlənən beynəlxalq əlaqələrindən danışıb, gənclərə gələcək həyatlarında uğurlar arzulayib, təhsildə yüksək nəticələr göstərmiş tələbələrə diplom və fəxri fərmanlar təqdim ediblər.
Mərasimdə akademik göstəriciləri yüksək olan və fəallığı ilə seçilən məzunlara universitetin rəhbərliyi tərəfindən fəxri fərmanlar verilib.
Tədbir bədii proqramla davam edib.
Tehsil-press.az