Yaponiyada it cinsinə bənzəmək istəyən kişi ilk dəfə həmin heyvanın kostyumunu geyindikdən sonra küçəyə çıxdığı anları sosial media hesabında paylaşıb.
Adı “Toko” olan kostyumlu yapona əsl itlər yaxınlaşmağa qorxub.
Həmin şəxs “Mən uşaqlıqdan ev heyvanı olmaq arzumu həyata keçirdim”, - deyə bildirib.
Təxminən 2 milyon yenə (23000 AZN) başa gələn bu realist kostyum film və reklamlar üçün maket istehsalı ilə tanınan Yaponiyanın “Zeppet” şirkəti tərəfindən istehsal edilib.
Kostyumun hazırlanması 40 gün çəksə də, o, dəfələrlə məşq edilib və yenidən işlənib.
Geyimi hazırlayan şəxs “İnsan və it skeletlərinin quruluşu çox fərqli olduğu üçün biz kostyumun itə bənzədilməsi üçün çox vaxt sərf etdik. Bundan əlavə, bu cins itlərin müxtəlif rakurslardan çəkilmiş fotolarını topladıq. Beləliklə, biz itin gözəl xəzini kopyalaya və dizayn edə bildik ki, xəz öz təbii görünüşünü bərpa etsin”, - deyə bildirib.
Tehsil-press.az