Rusiyada güclü partlayış - 52 yaralı - Video

Rusiyada güclü partlayış - 52 yaralı - Video Rusiyanın Sergiyev Posad şəhərində Zaqorsk optik-mexaniki zavodunun ərazisində güclü partlayış baş verib.
Partlayışın təsirindən ətrafda yerləşən evlərin pəncərələri sınıb.
İlkin məlumata görə, partlayış pirotexnikanın saxlanıldığı anqarda qeydə alınıb.
Hadisə zamanı 11 nəfər xəsarət alıb. Hazırda işçilərin təxliyəsi həyata keçirilir.
***
Yaralıların sayı 35 nəfərə çatıb. Onlardan dördünün vəziyyəti ağırdır.
***
Sergiyev Posad şəhər rəhbərliyinin məlumatına görə, zavodda partlayışa səbəb texnoloji proseslərin pozulması olub.
***
Yaralıların sayı 52-yə yüksəlib.



Tehsil-press.az



Oxşar xəbərlər