Təhsil siyasəti, savadlı və intellektual gəncliyin yetişməsi müstəqil Azərbaycanın, dövlətimizin prioritet istiqamətlərindən biridir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan elm və təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə təhsilin inkişafı, bilikli və intellektual gənc nəslin yetişməsi, o cümlədən azərbaycanlı gənclərin dünyanın müxtəlif nüfuzlu ali məktəblərində təhsil alması üçün mühüm addımlar atılır, yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə bir çox layihələr həyata keçirilir.
Bunu UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbər müavini və UNEC-in Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müəllimi Nicat Muradzadə söyləyib. O bildirib ki, hər il yüzlərlə gənc dövlət vəsaiti hesabına müxtəlif nüfuzlu xarici universitetlərə təhsil almaq üçün göndərilir. Ölkə rəhbəri tərəfindən təhsilin və gənclərin inkişafı üçün imzalanan fərman və sərəncamlar, müxtəlif Dövlət proqramları bunun bariz nümunəsidir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və digər mühüm sənədlər ölkəmizdə insan resurslarının inkişafına, “qara qızılın insan kapitalına çevrilməsi”nə istiqamətlənib. Ümumiyyətlə, müxtəlif Dövlət proqramları çərçivəsində minlərlə Azərbaycan vətəndaşı dünyanın ən reytinqli ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
“Mən də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qalibi oldum. Qeyd olunan Dövlət Proqramı çərçivəsində Böyük Britaniyada yerləşən nüfuzlu Qlazqo Universitetində iqtisadiyyat üzrə doktorantura səviyyəsində təhsil alacağam. Tədqiqat işim Azərbaycanda dövlət mərkəzli yaşıl iqtisadiyyata keçid prosesini əhatə edəcək. Tədqiqatım həm mövzu, həm də nəzəri-metodoloji quruluşuna görə Azərbaycan üzrə bu sahədə ilk hesab olunur. Bu, həm də ölkəmizdə yaşıl iqtisadiyyata keçid istiqamətində atılan addımları beynəlxalq elmi ictimaiyyətə çatdırmağa imkan verəcək”, - deyə N.Muradzadə bildirib.
Qeyd edək ki, Nicat Muradzadə 2022-ci ildə Böyük Britaniyada yerləşən Qlazqo Universitetinin Beynəlxalq iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə birinci sırada bitirib. Magistratura təhsili aldığı müddətdə universitetin üstün müvəffəqiyyət təqaüdü olan “Kansler təqaüdü”nə layiq görülüb. Yazdığı kurs işləri və dissertasiyası isə nümunəvi elmi əsər kimi universitet kitabxanasında saxlanılır. Nicat Muradzadə bundan öncə Türkiyənin İstanbul Universitetinin biznes və idarəetmə ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə ilə ilk üçlükdə tamamlamışdı. O, “Bəsit iqtisadiyyat” və “Azərbaycanda universitet-dövlət-sənaye əlaqələri: kim nə istəyir?” kitablarının, 5 elmi məqalənin, 2 konfrans materialının, bir neçə praktiki tövsiyənin, Azərbaycan və ingilis dillərində yerli və xarici mətbuatda dərc olunmuş çoxsaylı elmi-publisistik məqalələrin müəllifi və həmmüəllifidir.
Tehsil-press.az