Xəstəliyə diaqnoz qoya bilən qan testi dəstləri hazırlanıb. Milyonlarla insanın əziyyət çəkdiyi və beyin hüceyrələrinin zamanla öz funksiyalarını itirməsinə, nəticədə yaddaş itkisinə, demensiyaya və idrak funksiyalarının azalmasına səbəb olan Alzheimer xəstəliyinin hazırda qəti bir müalicəsi yoxdur. Bununla belə, alimlərin araşdırmaları göstərir ki, onlar xəstəliyin gedişatını ləngidə bilən addımlar atırlar. Hal-hazırda mövcud olan Alzheimer dərmanlarının xüsusiyyəti xəstəliyin əlamətləri göründükdən sonra qəbul edildikdə təsirli olur. Təəssüf ki, hazırda mövcud olan Alzheimer diaqnostik üsulları xəstəliyin gedişatına böyük təsir göstərmir. Alimlər tərəfindən aparılan tədqiqatlar xəstələr və onların yaxınları üçün perspektivli inkişaflarla doludur. Amerikada aparılan tədqiqatlar sayəsində indi bu xəstəliyə diaqnoz qoya bilən qan testi dəstləri hazırlanmışdır. Bu dəstləri xəstənin və həkimin istəyi ilə almaq olar. Mövcud olan qan testləri beynin xaricində toplanan Amiloid-beta 42 və Amiloid-beta 40 adlı iki növ zülalı ölçür. Sonra bu iki zülal arasındakı nisbət ölçülür. Bu nisbət nə qədər aşağı olsa, bir insanın xəstəliyə tutulma ehtimalı bir o qədər yüksəkdir. Bu testlər bizə xəstəliyə yoluxma riski haqqında ilkin məlumat versə də, mütəxəssis həkimlərin diaqnoz və müalicələri qədər güclü təsir göstərmir. Ancaq belə bir testin inkişafı belə xəstəliyin erkən diaqnostikasında böyük əhəmiyyət kəsb edir.
Tehsil-press.az
Tehsil-press.az