NASA Administratorunun müavini ADU-nun tələbələri ilə görüşüb

NASA Administratorunun müavini ADU-nun tələbələri ilə görüşüb Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Bakı Amerika Mərkəzində keçmiş Hərbi Hava Qüvvələrinin pilotu, astronavt və hazırkı NASA Administratorunun müavini xanım Pamela Melroyun tələbələrlə görüşü keçirilib.
Qonaq görüşdən öncə Bakı Amerika Mərkəzinin Maker Space Mərkəzi ilə yaxından tanış olub. O, Bakı Amerika Mərkəzinin könüllülərinin və Azərbaycan Dillər Universitetinin tələbələrinin uğurlarını dinləyib.
R.Melroy görüşdə öz təcrübələrini paylaşaraq qadınlar və qızlar üçün STEM təhsilinin əhəmiyyətini qeyd edib, karyera imkanları haqqında danışıb və iştirakçıların suallarını cavablandırıb.

Tehsil-press.az



Oxşar xəbərlər