Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) dissertantı, Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Zərintac Rüstəmova Almaniyanın Leypsiq şəhərində yerləşən Maks Plank Təkamül Antropologiyası İnstitutunun Arxeogenetika departamentində elmi ezamiyyədə olub. İnstituta 2022-ci ildə fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatı Paabo Svanten rəhbərlik edir.
O, burada bioinformatika qrupunun rəhbəri Harald Rinqbauerin rəhbərliyi altında təcrübə kursu keçib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu arasında birgə elmi əməkdaşlıq çərçivəsində arxeoloji qazıntılardan əldə olunan müxtəlif tarixi mədəniyyətlərə, xüsusən Kür-Araz, Xocalı-Gədəbəy, Talış-Muğan, Leylatəpə mədəniyyətlərinə aid 43 antropoloji materialın tədqiq olunması planlaşdırılır. Ezamiyyə müddətində ilkin olaraq Azərbaycandan aparılan antropoloji materiallar identifikasıya olunaraq institutun data-bazasına (Pandora) yerləşdirilib.
Gənc tədqiqatçı, eyni zamanda, Almaniyanın Yena şəhərində yerləşən “EVER Pharma” şirkətində qədim və müasir DNT ilə tədqiqatların aparıldığı ən son texnologiyalarla təchiz olunmuş laboratoriyalarla tanış olub. Bu laboratoriyalarda ilkin antropoloji materialların səthinin təmizlənməsi, fotoşəkillərin çəkilərək qablaşdırılması, identifikasiyası aparılır, materiallar drellənmə mərhələsi üçün hazırlanır və toz halına salınır. DNT-nin ekstraksiyası və sekvens analizlər üçün nəzərdə tutulan “Agilent Technologies” şirkətinə məxsus robot texnologiyası vasitəsilə klassik metodlardan fərqli olaraq daha qısa vaxtda steril materiallar əldə olunur.
Növbəti səfərdə sekvens olunan materialların bioinformatik analizlərinin aparılması nəzərdə tutulur.
Tehsil-press.az