Birləşmiş Millətlər Təşkilatı sentyabrın 10-da Liviyada baş verən daşqınlardan zərərçəkmiş insanlara yardım üçün müraciət edib.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) açıqlama yayıb.
Bölgə əhalisinin daşqından sonra təcili olaraq yaşayış yeri, qorunma, su, gigiyena təchizatı və səhiyyə xidmətlərinə ehtiyacı olduğu müəyyən olunub.
Həmçinin, 42 min insanın məcburi köçkün vəziyyətinə düşdüyü qeyd edilib.
Açıqlamada sözügedən şəxslərin də nağd yardıma ehtiyacı olduğu və 100-ə yaxın məktəbin hələ də bağlı olduğu vurğulanıb:
"Yardımı davam etdirmək üçün etibarlı maliyyəyə ehtiyacımız var. Hazırda Liviyaya yardım çağırışının yalnız üçdə biri maliyyələşdirilib”.
Qeyd edək ki, sentyabrın 10-da Orta Aralıq dənizində təsirli olan və Liviyanın şərqini vuran "Daniel fırtınası" Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
Tehsil-press.az