Fizika İnstitutunda gənc alimlərin elmi fəaliyyəti üçün hər cür şərait yaradılıb

Fizika İnstitutunda gənc alimlərin elmi fəaliyyəti üçün hər cür şərait yaradılıb Fizika İnstitutunda 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Tədbiri müəssisənin icraçı direktoru fizika-riyaziyyat elmləri doktoru Hüseyn İbrahimov açaraq əlamətdar gün münasibətilə gənc alim və mütəxəssisləri təbrik edib. Bildirib ki, gənclər dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsidir.
İnstitutda gənc alimlərin elmi fəaliyyətlə məşğul olmaları üçün hər cür şəraitin yaradıldığı qeyd olunub. Bildirilib ki, dövlət tərəfindən gənclərə diqqət və qayğı göstərilir. Bunun nəticəsində gənclərimiz ölkə həyatının bütün sahələrində yüksək fəallıq nümayiş etdirirlər.

Tehsil-press.az

Oxşar xəbərlər