Avropa Şurası Katibliyinin İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığı ilə İnstitutun birgə əməkdaşlığı çərçivəsində keçirilən və Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 3-cü və 6-cı maddələrinə həsr olunan təlimlər yekunlaşıb.
İnstitutda “AİHK-in 3-cü maddəsi. Azərbaycanda işgəncələrin qadağan olunması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda təşkil olunan təlimdə ədliyyə qurumlarının əməkdaşları, mediatorlar, həmçinin Vəkillər Kollegiyasının üzvləri olmaqla, ümumilikdə 17 hüquqşünas iştirak edib. Dövlət qurumlarında çalışan hüquqşünasların peşəkarlıq səviyyələrinin yüksəldilməsi məqsədilə həyata keçirilən təlim proqramında interaktiv olaraq AİHK-in 3-cü maddəsi üzrə pozitiv və neqativ öhdəliklər ətraflı şərh olunub.
İnstitutun təlimçi-eksperti Vüsalə Muradxanlı öz təqdimatında 3-cü maddənin mahiyyətini, Avropa Məhkəməsinin müvafiq qərarlardakı mövqeyini, eləcə də qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəza arasında olan fərqləri şərh edib, onların insanlara qarşı qəsdən tətbiq edilməsi zamanı yaranacaq neqativ hallar barədə ümumi məlumat verib.
Hüquq eksperti Vəfaddin İbayevin təqdimatında işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzada aşkar edilmiş hüquq pozuntularına toxunulub, onların aradan qaldırılması yollarına aydınlıq gətirilib. Eyni zamanda, o, milli qanunvericilikdə bu halların qarşısının alınması üçün normativ-hüquqi bazanın vacib öhdəliklərindən və adı çəkilən maddə üzrə nəzərdə tutulmuş məcburi tibbi müdaxilələr zamanı məsuliyyətdən bəhs edib.
İştirakçılarla kazusların həlli qrup şəklində işlənilib və təlimin qiymətləndirilməsi həyata keçirilib. Sonda təlimdə iştirak edən hüquqşünaslara sertifikatlar təqdim edilib.
Tehsil-press.az