Bakıdakı Rus Evində Milli Azərbaycan Tarixi Muzeyi haqqında mühazirə oxunub

Bakıdakı Rus Evində Milli Azərbaycan Tarixi Muzeyi haqqında mühazirə oxunub Bakıdakı Rus Evində Milli Azərbaycan Tarixi Muzeyinin yaradılması tarixinə həsr olunmuş mühazirə oxunub.
Tədbir Bakıdakı Rus Evinin dəstəyi ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası və Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən təşkil olunub.
Fotoneqativ materiallar fondunun müdiri Afət Kərimova dinləyicilərə muzeyin yaradılması tarixindən danışıb.
Mühazirə zamanı qonaqlara, həmçinin məlumat verilib ki, hazırda binanın doqquz otağında Azərbaycanın məşhur xeyriyyəçisi, neft sənayesi sahibi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi yerləşib. Bu zallarda mebel, o cümlədən kitab dolabı, yazı masası, divar dolabı, eləcə də Hacı Zeynalabdin Tağıyev və onun ailəsinə məxsus müxtəlif əşyalar var.
Muzeyin digər otaqlarında – altı bölmədə qədim vaxtlardan bu günlərədək Azərbaycanın tarixini əks edən təxminən 300 min eksponat saxlanılır.

Tehsil-press.az


Oxşar xəbərlər