"Son 20 il ərzində Azərbaycan böyük yol qət etdi və bütün sahələrdə müsbət dəyişikliklər özünü göstərir".
Bu barədə Trend-in suallarını cavablayarkən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlu deyib.
"Getdiyimiz bu yolun nəticələrini bu gün aydın şəkildə görürük, ardıcıl çəkildə aparılan islahatlar hər sahədə ciddi və əhəmiyyətli dönüş yaratmaqdadır. Bu gün biz milli maraqlara söykənən və bölgədə böyük güclərin qəbul etdiyi dayanıqlı xarici siyasət, rifaha və sosial inkişafa əsaslanan, davamlı və ardıcıl inkişafa təkan verən daxili siyasət görürük. Bu gün biz öz maraqlarını, doğrularını və şərtlərini dönməz olaraq, ardıcıl şəkildə dünyaya bəyan edən güclü Azərbaycan görürük, yeni tarix yaradırıq. Bütün bunlar 20 illik yolun nəticələridir", - deyə o bildirib.
V.Zifəroğlu əlavə edib ki, bütün sahələrlə yanaşı, media sektorunda da son illərdə çox ciddi islahatlar aparılır.
"Hətta deyərdim ki, Azərbaycan jurnalistikasında yeni bir dövr başlayır. Həmçinin, digər sahələrdə də - istər hərbi quruculuq, istərsə də müdafiə sənayesi sahəsində bu inkişaf özünü qabarıq şəkildə göstərir. Bu gün Azərbaycan özü silah istehsal edir və dünya bazarında Azərbaycan silahı ilə maraqlanırlar. Həmçinin, Azərbaycan nəqliyyat qovşağı funksiyasını daşıyır. Bu, geoiqtisadi layihələrin gerçəkləşməsi baxımından önəmlidir. Azərbaycan mütərəqqi, etibarlı tərəfdaşdır və Qərbin enerji təhlükəsizliyinin faktiki olaraq arxitektorlarından biridir.
Bütün bu məqamların hər biri ayrı-ayrılıqda Azərbaycanın dünya arenasında hansı çəkiyə, mövqeyə, gücə malik olmasının ən bariz göstəricilərindəndir", - deyə o vurğulayıb.
Tehsil-press.az