Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Oğuzların görüşməsi” mövzusunda Türk dünyası mədəniyyət, incəsənət, ədəbiyyat və təhsil seminarı keçirilib.
Əvvəlcə tədbirdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Azərbaycanın və Türkiyənin bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova 2023-cü ilin xalqımız və Türk dünyası, Türkiyə Cümhuriyyəti üçün əlamətdar hadisələrlə zəngin olduğunu söyləyib, ölkəmizdə və xaricdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirildiyini qeyd edib. Rektor il ərzində ADMİU-da da Ümummilli Liderin yubileyi ilə bağlı silsilə tədbirlərin həyata keçirildiyini və hazırda davam etdirildiyini bildirib.
“Bu il, həmçinin ADMİU-nun 100 illik yubileyi qeyd olunur”, - deyən C.Mahmudova bununla bağlı ölkə Prezidentinin müvafiq Sərəncam imzaladığını xatırladıb.
Bu il həm də Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi olduğunu xatırladan və iki ölkənin qardaşlıq münasibətlərindən söz açan rektor Türkiyə Cümhuriyyətinin hər zaman xalqımızın və dövlətimizin yanında olduğunu, böyük dəstək göstərdiyini, ADMİU-nun da qardaş ölkənin bir sıra ali məktəbləri ilə əməkdaşlıq etdiyini bildirib.
Tədbirdə Türkiyənin “Kızılelma” Qadın Gənclik Uşaq Dərnəyinin rəhbəri Yasemin Meydan, Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək Türk dünyasının sarsılmaz birliyindən söz açıblar.
T.Rüstəmxanlı çıxışında bu günlərin tarixi önəmini vurğulayıb: “Azərbaycan-Türkiyə qardaşlığının ən zirvədə olduğu bir tarixə şahidlik edirik. Ümummilli Lider Heydər Əliyevin yüz illik yubileyidir. Türkiyə Cümhuriyyətinin yüz illiyidir. Bu tədbir iki böyük şəxsiyyət Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsinə həsr edilib. Oktyabr çox önəmli hadisələrin baş verdiyi aydır. Oktyabr ayı həm də ona görə dəyərlidir ki, müstəqilliyimizi bərpa etmişik. Son iki ildə ölkəmizdə baş verən hadisələrə, böyük bir tarixə şahidlik edirik. Azərbaycan xalqı Qarabağ torpağını azad etdi, Xankəndiyə bayrağımız sancıldı. Azərbaycan xalqı böyük bir Zəfər qazandı. Bu günlər bizim üçün çox müqəddəsdir. Övladlarımızın çiyinlərinə ağır yük buraxmadan tariximizin ən şərəfli səhifələrini yazırıq. Bu tədbir Azərbaycan-Türkiyə qardaşlığını göstərir”.
Tədbir müzakirələrlə davam edib. Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının moderatorluğu ilə keçirilən dəyirmi masa “Oğuz türklərində mədəniyyət və incəsənət” mövzusuna həsr olunub.
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün dünya tarixində yeri və rolundan, ölkələrimiz arasında günü-gündən daha da güclənən dostluq və qardaşlıq münasibətlərdən, Türk dünyasının birliyindən, oğuz türklərinin ortaq mədəniyyətindən, mənəvi dəyərlərindən söz açıblar. Fəzail İbrahimli Ulu Öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün öz xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib, bu iki dahi şəxsiyyətin adının tarixə qızıl hərflərlə yazıldığını söyləyib.
Akademik Rafael Hüseynov böyük türk birliyinin yaranması, onun daha güclü və möhtəşəm olmasının təməlində oğuz birliyinin dayandığını söyləyib: “Oğuz birliyi böyük türk birliyinin nüvəsidir. Bugünkü seminarın mövzusunda oğuzların görüşməsi xəttinin seçilməsi təsadüfi deyil. Bu gün Azərbaycan-Türkiyə bir yerdədirsə, güclüdürsə bu, oğuz birliyinin bir nümunəsidir. Bu birlik gücləndikcə onun ətrafında toplaşan digər oğuz, türk dövlətləri də artacaq, yüksələcək. Oğuz türklərini bir-birindən ayıran uzaq məsafələr olsa da, hər zaman onları birləşdirən möhkəm təməllər olub. Oğuz türklərini birləşdirən siyasətin təməlində dayanan incə dəyərlər olub ki, bunlar mədəniyyətimiz, mənəvi dəyərlərimiz, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanlarımız, atalar sözlərimizdir. Bu təməllər, mənəvi dəyərlər bizi bir-birimizə yaxın edib. Birliyimizin daha güclü və qüvvətli olması üçün ortaq dəyərlərimizə daim sədaqətli olmalıyıq”.
Bu il Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileylərinin qeyd edildiyini deyən R.Hüseynov məhz Ulu Öndərin türk birliyinin təməlində dayanan mənəvi dəyərlərə hər zaman böyük qiymət verdiyini söyləyib. Diqqətə çatdırıb ki, hələ keçmiş sovet dönəmində Azərbaycanda dahi Liderin təşəbbüsü və qətiyyəti ilə “Kitabi-Dədə Qorqud” dastanının 1300, Məhəmməd Füzulinin 500 illik yubileyləri keçirilib və bu mötəbər tədbirlərdə türk dövlətlərinin nümayəndələri də iştirak ediblər.
Bu gün Azərbaycan-Türkiyə dostluğunun, həmrəyliyin daha da möhkəmləndiyini deyən R.Hüseynov türk birliyinin çevrəsinin daha da genişlənəcəyinə əminliyini bildirib.
Daha sonra qonaqlardan Nurcan Dəvəci, professor İsa Eliri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türkiyə Cümhuriyyəti üzrə nümayəndəsi Nuri Aksu, professor Mehmet Tekin məruzələrlə çıxış ediblər. Çıxışçılar böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladıb, bu birliyin, dostluğun, qardaşlığın əbədi və sarsılmaz olduğunu, tarixi köklərə bağlı olduğunu qeyd edib, elmi seminarın əhəmiyyətini vurğulayıblar.
Tənzilə Rüstəmxanlının moderatorluğu ilə keçirilən “Oğuzların ədəbi görüşü” mövzusunda ikinci dəyirmi masada türkiyəli professorlar Mehmet Yüce, Hayrettin İvgin, şair Əkbər Qoşalı, ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tədris işləri üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Məhbubə Məmmədova və ADMİU-nun kafedra müdiri professor Əli Əmirlinin mövzu ilə bağlı məruzələri dinlənilib.
Statistika üzrə mütəxəssis Ahmet Gülün moderatorluğu ilə keçirilən “Türk dünyasında təhsil və sosial elmlər” mövzusunda üçüncü dəyirmi masada ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva, Avropa Şurasının nəzdində CARP-PRAT təşkilatının Direktorlar Şurasının üzvü, dosent Məlahət Fərəcova, ADMİU-nun kafedra müdiri professor Xaləddin Sofiyev, ADMİU-nun müəllimi Tərlan Rəsulov və Qazi Universitetinin doktorantı Mətanət Mustafayeva məruzələrlə çıxış ediblər.
Tədbirdə “Bir millət, iki dövlət” adlı videoçarx nümayiş olunub.
Tehsil-press.az