ADMİU-da Türk dünyası sənədli film festivalı keçirilib

ADMİU-da Türk dünyası sənədli film festivalı keçirilib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Türk dünyası sənədli film festivalı keçirilib.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova 2023-cü ilin Ümummilli Lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin və ADMİU-nun 100 illik yubileyləri ilə əlamətdar olduğunu deyib. Rektor bu böyük tarixlərin hər biri ilə bağlı universitetdə silsilə tədbirlər keçirildiyini və ilin sonuna qədər davam edəcəyini nəzərə çatdırıb.
Tədbir müzakirələrlə davam edib. Türkiyəli alimlər Nazan Kahraman və Hasan Erçakıcanın moderatorluğu ilə keçən iki dəyirmi masada Kairat Omirbayuly, Sərhat Madsar, Kunduz Yeraliyeva, Firuz Mehdiyev, Banu Erşanlı Taş, Elif Asude Tunca və digərlərinin maraqlı məruzələri dinlənilib.
Günün sonunda festivalda mükafata layiq görülmüş sənədli film nümayiş olunub.

Tehsil-press.az


Oxşar xəbərlər