Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə qardaş ölkənin Çankırı şəhərində keçirilən “Türk dünyasının ortaq mirası” mövzusunda II beynəlxalq türkşünaslıq konqresində ümumilikdə 14 ölkədən 130-dan artıq elm adamının məruzəsi dinlənilib, türkologiyanın müasir problemləri ilə bağlı geniş müzakirələr aparılıb.
Konqresdə Folklor İnstitutu böyük heyətlə təmsil olunub. Məruzə üçün xüsusi dəvət alan Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov konqresin açılış toplantısında çıxış edərək, bu kimi tədbirlərin türk xalqlarının elmi-mədəni əlaqələrinin genişlənməsində və onların mənəvi birliyinin qorunub saxlanılmasında əhəmiyyətindən söz açıb. Akademikin “Dədə Qorqud” eposunda dəlisovluq motivi və qeyri-səlis məntiq” mövzusunda məruzəsi maraqla qarşılanıb.
Tədbirin açılış toplantısında akademik Muxtar İmanov Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçiyə və həmin universitetin Türkologiya İnstitutunun direktoru Abdulselam Arvasa xatirə hədiyyələri təqdim edib.
Bölmə iclaslarında Folklor İnstitutunun əməkdaşları türk xalqlarının ədəbi və mədəni irsinin araşdırılmasını əhatə edən məruzələrlə çıxış ediblər.
Tehsil-press.az