ADA Universiteti beynəlmiləşmə istiqamətindəki fəaliyyətinə davam edir. Ötən il Dehlidə baş tutan Beynəlxalq Təhsil Sərgisində iştirak etdikdən sonra bu il ADA Universiteti Hindistanın Mumbay şəhərində keçirilən Beynəlxalq Təhsil Sərgisində təmsil olunub. “St. Regis Mumbai Hotel”də təşkil edilən sərgidə ADA Universiteti Azərbaycanı Finlandiya, Almaniya, İsveçrə, Böyük Britaniya, ABŞ da daxil olmaqla on beş müxtəlif ölkənin 30-a yaxın aparıcı ali təhsil ocağı ilə yanaşı iştirak edib. Beynəlxalq Təhsil Sərgisində iştirak üçün beş mindən çox yerli tələbə, valideyn, təhsil mütəxəssisi qeydiyyatdan keçib.
ADA Universitetinin nümayəndə heyəti – Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyeva və Tələbə Qəbulu və Qeydiyyatı şöbəsinin əməkdaşı Ləman Hüseynli hindistanlı tələbələr və onların valideynlərinin Azərbaycan universitetinə yüksək marağını qeyd ediblər. Onların sözlərinə görə, Mumbayda hazırda ölkəmizi daha çox turizm məkanı kimi tanıyırlar. Yerli gənclərin Bakıda ADA Universiteti kimi dünya səviyyəli ali təhsil ocağının olması, burada yaradılan şəraitlə tanışlığı onlar üçün gözlənilməz sürpriz oldu. Xüsusilə də, valideynlər övladlarını mədəni oxşarlıqları olan Azərbaycana təhsil almağa göndərməyə meyillidilər. Hazırda ADA-da təklif edilən 15 bakalavr və 10 magistr dərəcəsi arasında Beynəlxalq Təhsil Sərgisi iştirakçıları daha çox İnformasiya Texnologiyaları və Mühəndisliklə bağlı, eləcə də Dövlət İdarəedilməsi ixtisaslarına üstünlük verdiklərini bildirirdilər. Sərgidəki ADA guşəsində hindli tələbələr universitetin xarici tələbələr üçün təklif etdiyi Əlimərdan bəy Topçubaşov adına Beynəlxalq Təqaüd proqramı ilə bağlı kitabçalarla maraqla tanış olur, Hindistanla Azərbaycan arasında açılan birbaşa uçuşlardan bəhrənələrək ölkəni ziyarət etmək istəklərini bildiriblər.
Hindistana səfər çərçivəsində ADA Universitetinin nümayəndə heyəti yerli məktəb və ali təhsil ocaqlarında görüşlər keçirib, Mumbayda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri ilə müzakirələr aparıb.
Tehsil-press.az