Koreyalı gənclər UNEC-də olublar

Koreyalı gənclər UNEC-də olublar Koreya Respublikasından gəlmiş tələbələr Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.
Koreya-Azərbaycan Gənclərinin Beynəlxalq Mübadiləsi Proqramı çərçivəsində koreyalı gənclər universitetlə tanış olublar, tələbələrlə görüşüblər.
Görüşdə UNEC tələbələrinə Koreya mədəniyyəti və tarixi haqqında məlumat verilib, koreyalı gəncin “Koreyada bir gün” layihəsi çərçivəsində çəkdiyi videoçarx nümayiş olunub. Koreyalı gənclərin ifa etdikləri rəqslər və mahnılar UNEC tələbələri tərəfindən böyük maraqla qarşılanıb.
Bədii hissədən sonra gənclər arasında müxtəlif mövzular üzrə diskussiyalar aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər