Ukrayna Prezidenti Böyük Britaniya XİN-in yeni rəhbəri ilə görüşüb

Ukrayna Prezidenti Böyük Britaniya XİN-in yeni rəhbəri ilə görüşüb Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın yeni təyin olunmuş xarici işlər naziri Devid Kameronla görüşüb. Britaniyalı nazir bu vəzifədə ilk xarici səfərini Kiyevə edib.
Ukrayna dövlətinin başçısı ölkəsinə göstərilən dəstəyə görə Böyük Britaniyaya təşəkkürünü bildirib.
Volodimir Zelenski deyib: “Bu, dünyanın təkcə Ukraynadakı hərb meydanında şəraitə diqqət yetirmədiyi indiki vaxtda xüsusilə mühümdür. Biz Birləşmiş Krallıqların möhkəm dəstəyinə görə minnətdarıq. Ukrayna vətəndaşlarına göstərilən səmimi qəbul üçün Böyük Britaniyaya təşəkkür edirik”.
Britaniya ilə hərbi əməkdaşlığı yüksək qiymətləndirən Ukrayna Prezidenti bildirib ki, bu yardım, xüsusən uzaqmənzilli silahlar “Ukrayna ordusuna təcavüzkarın hücumlarından effektiv müdafiə olunmaq imkanı verir”.
Volodimir Zelenski vurğulayıb ki, qız mövsümü ərəfəsində daha bir prioritet məsələ ölkə vətəndaşlarının və mühüm infrastruktur obyektlərinin Rusiyanın hücumundan müdafiə edilməsi üçün hava hücumundan müdafiə sisteminin gücləndirilməsidir.
Söhbət əsnasında tərəflər Qara dənizdə təhlükəsizliklə bağlı şərait və alternativ taxıl dəhlizinin gələcək fəaliyyəti ətrafında fikir mübadiləsi aparıblar. London bu marşrut üzrə gəmilərin naviqasiyasının təhlükəsizliyinin təmin edilməsini maliyyə cəhətdən dəstəkləyir.
Ukrayna Prezidenti ofisinin məlumatında deyilir: “Tərəflər birgə çoxtərəfli və ikitərəfli təşəbbüslər, xüsusən sülhə nail olunmasının Ukrayna formulu kontekstində təkliflər və NATO-nun Vilnüs sammitində “Yeddilər qrupu” tərəfindən qəbul edilən Ukraynaya dəstək haqqında birgə Bəyannamənin təhlükəsizlik təminatı üzrə müddəaların təkmilləşdirilməsinə dair mövqeləri koordinasiya ediblər”.
Görüşdə, həmçinin Ukraynanın Avratlantik məkanına inteqrasiyası və NATO-ya üzvlüyü ilə bağlı perspektivlər müzakirə olunub.

Tehsil-press.az




Oxşar xəbərlər