Braziliyanın bəzi regionlarında anomal istilər hökm sürür. Ölkənin bir çox şəhərində havanın hərarəti 44 dərəcədən yuxarı qalxıb.
Noyabrın 19-da Arasuai şəhərində termometrlər müsbət 44,8 dərəcəni göstərib. Sonuncu dəfə 2005-ci ildə burada 44,7 dərəcəlik rekord istilər müşahidə edilmişdi.
Ekoloqlar anomal istiləri El-Ninyo fenomeni və iqlim dəyişikliyi ilə izah edirlər. Sinoptiklər bu həftə temperaturun bir qədər aşağı düşəcəyini proqnozlaşdırır. Teylor Sviftin Rio-de-Janeyro şəhərində planlaşdırılan konsertinin istilər səbəbindən ləğv edildiyi bildirilir.
Qeyd edək ki, anomal istilərə görə Braziliyanın 3 min şəhərində qırmızı təhlükə səviyyəsi elan olunub. Rio-de-Janeyroda havanın hərarəti 42,5 dərəcəyə çatıb.
Tehsil-press.az