“Oxu klubu”nda tələbələrlə görüş

“Oxu klubu”nda tələbələrlə görüş Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun nəzdində fəaliyyət göstərən “Oxu klubu”nun bu tədris ilində tələbələrlə ilk görüşü olub.
Universitetin müxtəlif fakültələrindən olan tələbələrin iştirak etdiyi görüşdə “Oxu klubu”nun məqsədi və fəaliyyət planı haqqında məlumat verilib. Tələbələrin mütaliə bacarıqlarının artırılması və şəxsi inkişaflarının təmin edilməsi məqsədilə müxtəlif ədəbiyyat nümunələri müzakirə olunub.
“Oxu klubu”nun yaradılmasında məqsəd universitet əməkdaşları və tələbələrinin təhsil və şəxsi inkişaf səviyyəsinin artırılmasıdır. “Oxu klubu”nun fəaliyyət planı çərçivəsində moderatorluq qabiliyyətinin inkişaf etdirilməsi, ədəbiyyat nümunələrinin təhlili, oxu vərdişlərinin yaxşılaşdırılması məqsədilə psixi proseslər üzrə praktik çalışmalar həyata keçirilir.

Tehsil-press.az




Oxşar xəbərlər