Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Saytlarımız monitorinq aynasında” adlı hesabat tədbiri saytlarda ikinci dəfə aparılan monitorinqin nəticələrinə həsr olunub.
Bunu dekabrın 4-də keçirilən “Saytlarımız monitorinq aynasında” adlı tədbirdə Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva söyləyib. O, tədbirin keçirilməsində başlıca məqsədin monitorinq zamanı aşkarlanan dil qüsurlarının təqdim edilməsi, onları doğuran səbəblərin müəyyənləşdirilməsi və mövcud nöqsanların aradan qaldırılması istiqamətində müzakirələrin aparılması olduğunu bildirib. Ana dilinin saflığının qorunması və inkişafının dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən professor S.Əliyeva ölkəmizdə dil siyasətinin formalaşdırılması və Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin, eləcə də onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıb.
Monitorinq Mərkəzinin direktoru dilimizin saflığının qorunmasının, daim diqqətdə saxlanılmasının, jurnalistlərimiz tərəfindən ədəbi dil normalarına riayət olunmasının və onların təcrübədə düzgün tətbiqinin vacibliyini vurğulayıb.
“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi orfoqrafiya qaydalarına riayət etmək və AMEA-nın Dilçilik İnstitutu tərəfindən hazırlanan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə istinad etməklə bütün üslub və normalar qorunmaqla yazılarımız hər zaman mükəmməl olmalıdır. Bu normalara riayət etmək, dilimizi sevmək, ona hörmət və sevgi ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur”,- deyə S.Əliyeva vurğulayıb.
“Saytlarımız monitorinq aynasında” mövzusunda məruzə ilə çıxış edən Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova aşkar edilmiş 4500 dil faktından 3564-nün hesabata daxil edildiyini bildirib. O, aşkar edilmiş dil faktlarından 1371-nin orfoqrafik, 356-nın leksik, 909-nun qrammatik norma pozuntusu, 928-nin üslub və ifadə səhvi olduğunu diqqətə çatdırıb. Şöbə müdiri əvvəlki monitorinqlə müqayisədə müəyyən irəliləyişlərin olmasına baxmayaraq, ədəbi dil normalarının pozulması hallarına hələ də çox rast gəlindiyini təəssüflə qeyd edib.
Tədbirdə akademiklər Nizami Cəfərov, Möhsün Nağısoylu, professorlar Sayalı Sadıqova, Nadir Məmmədli, Qulu Məhərrəmli, AMEA Rəyasət Heyətinin Elektron akademiya şöbəsinin müdiri Fariz İmranov, Monitorinq Mərkəzinin şöbə müdiri Şahlar Məmmədov və digər çıxış edənlər mövzu ətrafında fikir və təkliflərini bildiriblər. Müzakirələr zamanı qonaqlar saytların monitorinqə cəlb edilməsinin dilimizin saflığının qorunması, eləcə də xəbər və məlumatların doğru təqdim olunması işinə mühüm töhfə verəcəyini qeyd ediblər.
Müzakirələrdə Monitorinq Mərkəzinin əməkdaşları, görkəmli dilçi alimlər, ziyalılar, dövlət və özəl saytların nümayəndələri iştirak ediblər.
Sonda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd olunub.
Tehsil-press.az