ADNSU ilə Türkiyə şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb

ADNSU ilə Türkiyə şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyənin “Borusan Makina və Güc Sistemleri Sanayi və Ticaret” şirkətinin ölkəmizdəki nümayəndələri ilə görüş keçirilib.
Görüşdə universitetin professor və müəllimləri, tələbələr, “Borusan Makina və Güc Sistemleri Sanayi və Ticaret” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Ömer Emre Demirkale və nümayəndə heyəti iştirak edib.
ADNSU-nun fəaliyyəti, akkreditasiya olunan ixtisaslar və yeni layihələr haqqında qonaqlara məlumat verən rektor Mustafa Babanlı “Borusan Makina və Güc Sistemleri Sanayi və Ticaret” şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının və inkişaf etdirilməsinin universitet üçün əhəmiyyətindən danışıb.
Ömer Emre Demirkale təmsil etdiyi şirkət haqqında məlumat verib və universitetlə əməkdaşlığın inkişafı istiqamətində birgə işlər görüləcəyini bildirib.
Sonra ADNSU ilə şirkət arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Şirkətin əsas fəaliyyət sahəsi tikinti və dağ-mədən texnikalarının, dizel və qaz generatorlarının və avadanlıqlarının topdan və pərakəndə satışından və təmirinin təşkilindən ibarətdir. Şirkət həm də texnika, generator və avadanlıqların ehtiyat hissələrinin satışını həyata keçirir.

Tehsil-press.az

Oxşar xəbərlər