Rusiyada şagird məktəbdə insanlara atəş açıb: iki nəfər ölüb, üç nəfər yaralanıb

Rusiyada şagird məktəbdə insanlara atəş açıb: iki nəfər ölüb, üç nəfər yaralanıb Rusiyanın Bryansk şəhərində səkkizinci sinifdə oxuyan qız təhsil aldığı gimnaziyada insanları atəşə tutub.
Şəhər administrasiyasının mətbuat xidmətinin məlumatına görə, səhər saatlarında baş verən hadisə nəticəsində iki nəfər həlak olub, üç nəfər yaralanıb. Atəş açan şəxsin intihar etdiyi deyilir.
Hazırda xüsusi xidmət orqanlarının əməkdaşları hadisə yerində işləyirlər. Məktəb polis əməkdaşları tərəfindən mühafizə altına alınıb.
Faktla bağlı təhqiqata başlanılıb.

Tehsil-press.az



Oxşar xəbərlər