Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva dünyanın ən çox istinad edilən 3-cü və 6-cı ən böyük tədqiqat nəşriyyatı və açıq elm platforması olan, İsveçrənin Lozanna şəhərində yerləşən “Frontiers”lə əməkdaşlığa başlayıb.“Frontiers”in elmi nəşrlərindən biri olan “Frontiers in Political Science” jurnalına elmi redaktor təyin edilən N.Hacıyeva UNEC-i “Frontiers”də təmsil edəcək.
Jurnalın digər iki redaktoru isə İsveçrənin Lozanna və Cenevrə Universitetinin dosenti Jan Erik, eyni zamanda Sürix Universitetinin empirik metodlar üzrə tanınmış professoru Marko Stenbergendir.
Tehsil-press.az








