UNEC-in əməkdaşı Litvanın Vitautas Magnus Universitetinin fəxri səfiri seçilib

UNEC-in əməkdaşı Litvanın Vitautas Magnus Universitetinin fəxri səfiri seçilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyeva Litva Respublikasının Elm və Təhsil Nazirliyinin dövlət təqaüdünün qalibi olub.
Nərgiz Hacıyeva, eyni zamanda, Vitautas Magnus Universitetinin (VMU) siyasi elmlər və diplomatiya ixtisasından magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə məzunu olaraq, VMU-nun fəxri səfiri seçilib.
Nərgiz Hacıyeva bu il noyabrın 10-da Vitautas Magnus Universiteti və Litvanın Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək “VMU məzunlarının dayanıqlığı və optimizmi” adlı beynəlxalq məzunlar forumunda “Elmi səlahiyyətlərin yolu: Litvadan dünyaya” mövzusunda çıxış edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər