İlahiyyat İnstitutunun əməkdaşı İstanbulda keçirilən beynəlxalq simpoziumda məruzə edib

İlahiyyat İnstitutunun əməkdaşı İstanbulda keçirilən beynəlxalq simpoziumda məruzə edib Türkiyənin İstanbul Araşdırma və Təhsil Mərkəzində Mərmərə Universiteti və İstanbul Mədəniyyət Universitetinin birgə təşkilatçılığı ilə “Osmanlı dövründə əxlaq elmi: alimlər, əsərlər və məsələlər” mövzusunda beynəlxalq simpozium keçirilib.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri dosent Anar Qafarovun “Osmanlı dövründə fəlsəfi əxlaq əsərlərinin siyasət fəlsəfəsi aspektindən təhlili” mövzusunda məruzəsi dinlənilib.
Simpoziumda dosent Anar Qafarov Osmanlı filosoflarının əxlaq əsərlərinin klassik yunan və orta əsr İslam mədəni mühitində qələmə alınan əxlaq fəlsəfəsi əsərləri içindəki yeri və əhəmiyyəti haqqında danışıb. Osmanlı dövründə əxlaq fəlsəfəsi əsərlərini siyasi aspektdən panoramik baxışla təhlil edən A.Qafarov, əxlaqla siyasət arasındakı münasibətləri siyasət fəlsəfəsinin terminologiyası, problemləri və prinsipləri çərçivəsində və orta əsr İslam filosoflarının fikirləri ilə müqayisəli şəkildə təhlil edib.

Tehsil-press.az


Oxşar xəbərlər