ABŞ-a qanunsuz daxil olan 119 Özbəkistan vətəndaşı vətənlərinə deportasiya edilib

ABŞ-a qanunsuz daxil olan 119 Özbəkistan vətəndaşı vətənlərinə deportasiya edilib ABŞ hökuməti Özbəkistanın 119 vətəndaşını ölkəyə qanunsuz daxil olduqdan sonra vətəninə qaytarıb. Bu barədə Daşkənd hava limanında gələn Özbəkistan vətəndaşlarını qarşılayan “UzReport” telekanalı məlumat yayıb. Video Xarici Əmək Miqrasiyası Agentliyinin Telegram kanalında yayımlanıb.
Telekanalın məlumatına görə, vətəndaşların əksəriyyəti Meksika vasitəsilə ABŞ-a getməyə çalışıb. Gələnlərdən biri ABŞ-a pul qazanmaq üçün getdiyini söyləyib. O deyib ki, bir dostu ilə birlikdə mağazada yükləyici kimi işə düzəlmək və ayda 10-12 min dollar qazanmaq niyyətində olublar. Həmin şəxs ABŞ-a sentyabrın 3-də gəldiyini və o vaxtdan 110 gün həbsdə saxlandığını bildirib.
Fox News kanalı ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin daxili məlumatlarına istinadən daha əvvəl xəbər vermişdi ki, 2021-ci ilin oktyabrından 2023-cü ilin oktyabrına qədər ABŞ-da sərhədi qanunsuz keçməyə cəhd edən 13 mindən çox Özbəkistan vətəndaşı saxlanılıb.

Tehsil-press.az



Oxşar xəbərlər