Məktəblilər Pedaqoji Universitetdə mühazirədə iştirak ediblər

Məktəblilər Pedaqoji Universitetdə mühazirədə iştirak ediblər Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı universitet-məktəb əlaqələrinin tənzimlənməsi çərçivəsində Bakı şəhərində yerləşən 119 və 215 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ekskursiyada olublar.
Şagirdlərlə görüşdə elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Tədris Departamentinin müdiri dosent Sənan Əliyev, Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, dekan müavini dosent Kərim Quliyev və kafedra müdiri dosent Kəmalə İskəndərova onlara tövsiyələrini verib, kitablar hədiyyə ediblər.
Şagirdlər universitetin Kitabxana-İnformasiya Mərkəzi, kimya laboratoriyaları və Zoologiya muzeyi ilə tanış olub, baş müəllim Rumiyyə Camalovanın mühazirəsində iştirak ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər