Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin Fiziologiya kafedrasının sabiq professoru, biologiya elmləri doktoru Məmməd Abbas oğlu Qarayevin 90 illik yubileyi münasibətilə görüş keçirilib.
Görüşdə rektor Cəfər Cəfərov yubilyarı təbrik edib və uzun müddət Pedaqoji Universitetdə göstərdiyi səmərəli elmi-pedaqoji fəaliyyətə görə ona təşəkkürünü bildirib. Professor Məmməd Qarayevə ADPU rəhbərliyi adından təşəkkürnamələr və hədiyyə təqdim olunub.
Qocaman müəllim ona göstərilən diqqətə görə universitetin rəhbərliyinə minnətdarlığını bildirib və vurğulayıb ki, ADPU-da daim əməkdaşlara yüksək diqqət göstərilir.
90 illik həyat yolunun 60 ilini Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlı olan professor Məmməd Qarayev 1933-cü il dekabrın 21-də Cəlilabad rayonunun Həziabad kəndində anadan olub. 1951-1957-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (hazırkı ADPU) Bədən tərbiyəsi fakültəsini bitirib. 1957-ci ildən Puşkin (indiki Biləsuvar) rayonu 1 nömrəli məktəbdə müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. 1961-ci ildə V.İ.Lenin adına APİ-nin (hazırkı ADPU) İbtidai məktəb fakültəsinin qiyabi şöbəsində məsləhət məntəqə müdiri vəzifəsində çalışmağa başlayıb, 1965-ci ildən institutun Fiziologiya kafedrasında müəllim, 1967-ci ildən baş müəllim, 1972-ci ildən dosent vəzifəsində çalışıb. 1992-ci ildən ADPU-nun Fiziologiya kafedrasında professor vəzifəsində işləyib. Pedaqoji fəaliyyəti dövründə insan və heyvan fiziologiyası, insan anatomiyası, uşağın anatomiyası, fiziologiyası və gigiyenası fənlərini tədris edib.
“Yuxu fazalarının ЕЕQ assimmetriyası” monoqrafiyasının, “İnsan anatomiyası”, “İnsan və heyvan fiziologiyası” dərsliklərinin, “Pedaqoji fiziologiya”, “Yaş fiziologiyası”, “Morfo-funksional və fərdi asimmetriya” kimi dərs vəsaitlərinin müəllifidir.
Tehsil-press.az