“Voyniç” əsrlər boyu sirri açıla bilməyən bir kitabdır. Artıq süni intellekt sayəsində bu kitabı oxumaq mümkündür. Dünyanın ən sirli kitabı hesab edilən “Voyniç” əlyazması qəribə diaqram və təsvirlərlə müşayiət olunan mürəkkəb, naməlum dildə yazılmış 240 səhifəlik sirli mətndən ibarətdir. Bu əlyazma 1912-ci ildə Vilfrid Voyniç adlı polşalı kitab satıcısı tərəfindən tapılıb və kitabın adı məhz bu şəxsin adıyla bağlıdır. Ona qədər isə kitab kimyagərlərə və imperatorlara məxsus olub. O vaxtdan bəri bir çox kriptoqraflar, kodlayıcılar və dilçilər “Voyniç” əlyazmasının sirlərini kəşf etməyə çalışıblar. Lakin onun səhifələrindəki sirli kodların, qəribə bitkilərin və simvolların mənalarını bilmək mümkün olmayıb. Kanadalı alimlər tərəfindən hazırlanmış süni intellekt bu kitabın 600 illik sirrini həll etməyi bacarıb.
Alberta Universitetinin tədqiqatçıları bu qəribə kitabın sözlərinin arxasındakı gizli və şifrəli dili başa düşülən etmək üçün alqoritmik transkripsiya adlı texnikadan yararlanıblar və əlyazmanın hissələrini tərcümə edə biliblər.
Müəlliflər bildirir ki, “Voyniç”in əlyazması kodlaşdırılmış naməlum üsulla yazılıb. Bu, kodlaşmanın ən çətin növüdür. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 380 müxtəlif tərcüməsi üzərində sınaqdan keçirilən sistem orijinal nüsxələri 97 faiz dəqiqliklə həll etməyi bacarıb. Sonra tədqiqatçılar ərəb dilində yazılmış ola biləcək “Voyniç” əlyazmasının səhifələrinə yönəliblər. Mətnin ilk 10 səhifəsini həll etmək cəhdi qarışıq nəticələr verib. Müqayisəli dilçilik üzrə ekspert Qreq Kondrak diqqətə çatdırıb ki, sözlərin 80 faizindən çoxu ivrit lüğətlərindəndir: “Amma biz bilmirdik ki, bu sözləri bir araya gətirəndə hansısa məna kəsb edə bilər”, - deyə o qeyd edib.
“Voyniç” əlyazmasının müxtəlif bitki növlərinin yer aldığı “Bitkilər” bölməsinin birinci hissəsində əkinçi, işıq, hava və od kimi bir çox botanika ilə bağlı terminlər mövcuddur.
Dünyanın ən sirli kitabının necə başladığına gəlincə...
Süni intellektə görə, “Voyniç”in ilk sözləri “O, kahinlərə, evin adamına, mənə və insanlara məsləhət verdi” olub. Q.Kondrak bildirib ki, bu adi bir cümlədir və onu şərh etmək mümkündür. Bu, mətnin əvvəli üçün qəribə bir giriş cümləsidir, lakin şübhəsiz ki, məntiqlidir. Bu fəsildə təqdim olunan nəticələr “Voyniç” əlyazması üçün mənbə dil kimi ivrit dilinin istifadəsi və ya sadəcə olaraq bu dilə xas olan anaqramma, dil modellərinin kombinator gücündən istifadə kimi şərh edilə bilər. İstənilən halda, girişin alqoritmik həlli yalnız dil və tarixi prosesi yaxşı bilən mütəxəssislər üçün başlanğıc nöqtəsidir.
Araşdırma Hesablama Dilçilik Assosiasiyasının “Transactions” jurnalında yayımlanıb.
Tehsil-press.az