İtaliya Ukraynaya silah yardımını 2024-cü il ərzində də davam etdirmək niyyətindədir.
Ukraynaya silah yardımının davam etdirilməsini nəzərdə tutan fərman İtaliya parlamentinin aşağı palatasında (Deputatlar Palatası) müzakirəyə çıxarılıb.
Müdafiə naziri Quido Krosetto parlamentarilər qarşısında çıxışı zamanı Ukraynaya dəstək verməməyin siyasi və strateji səhv olacağını bildirib. O, həmçinin İtaliyanın diplomatik danışıqların başlanmasına təkan verən, ədalətli sülhə doğru istənilən addımı lap əvvəldən qətiyyətlə dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, fərman qüvvəyə minməsi üçün həm Deputatlar Palatasında, həm də parlamentin yuxarı palatası olan Senatda təsdiq edilməlidir.
Tehsil-press.az