2023-cü ildə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) əhatə etdiyi elmi müəssisələrdə 7 elmi istiqamət üzrə 35 problemə aid 125 mövzuya dair 286 tədqiqat işi, 224 mərhələ aparılıb, 4 mövzu, 108 iş, 81 mərhələ tamamlanıb və bu tədqiqatlardan 50-si bölmə tərəfindən müzakirə edilərək mühüm nəticə kimi dəyərləndirilib.
Bu barədə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2023-cü il üzrə hesabat iclasında bildirilib. FRTEB-nin Elmi şurasının sədri akademik Rasim Əliquliyev bildirib ki, hesabat ilində FRTEB-də həm fundamental, həm də tətbiqi xarakterli aparılan tədqiqatlar bir tərəfdən ölkənin milli maraqlarından irəli gələn, digər tərəfdən isə müasir dünyanın tələb və çağırışlarına müvafiq olan məsələləri ehtiva edib. 2023-cü ildə bir sıra strateji məsələlərə, o cümlədən elmi prioritetlərin müəyyənləşdirilməsi, əldə olunan mühüm nəticələrin nüfuzlu elmi bazalara daxil olan jurnallarda dərc olunması, elmi təşkilatların və tədqiqatçıların elmmetrik göstəricilərinin yüksəldilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, ali məktəblər və elmi-tədqiqat müəssisələri arasında münasibətlərin qurulması, birgə tədqiqatların həyata keçirilməsi kimi məsələlərə xüsusi diqqət ayrılıb.
Bölmənin əhatə etdiyi elmi müəssisələrin nəşr fəaliyyəti barədə məlumat verən akademik bildirib ki, 2023-cü ildə əməkdaşların 12 monoqrafiyası, 23 kitabı (11-i xaricdə), 33 dərslik, dərs vəsaiti və elmi-kütləvi nəşri, 1108 məqaləsi (567 nüfuzlu xarici elmi jurnallarda) çap edilib. Bu məqalələrin 514-ü “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda və konfrans materiallarında dərc olunub. Əməkdaşların əsərlərinə 19022 istinad qeydə alınıb. O, həmçinin bölmə üzrə elmi müəssisələrin patent almaq üçün 14 iddia sənədi verdiyini, 2-si respublikada, 10-u xarici ölkələrdə olmaqla 12 patentin alındığını diqqətə çatdırıb.
Məruzəçi “Heydər Əliyev İli” çərçivəsində FRTEB-nin əhatə etdiyi elmi müəssisələrdə Ümummilli Liderin 100 illiyinə həsr olunmuş 5 respublika, 2 beynəlxalq konfransın, 4 elmi sessiyanın, bütövlükdə 20 tədbirin təşkil olunduğunu, alim və mütəxəssislər tərəfindən 1 monoqrafiya, 3 konfrans materialı və 20-yə yaxın məqalənin nəşr edildiyini bildirib.
Akademik Rasim Əliquliyev hesabat ilində bölmənin əhatə etdiyi elmi müəssisələrin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” və digər dövlət proqramları, strategiya, yol xəritələri, fəaliyyət planlarının həyata keçirilməsində iştirak etdiklərini bildirib.
O, həmçinin müxtəlif parametrlər üzrə bölmə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar və bölmənin elmi jurnalları barədə məlumatları diqqətə çatdırıb.
Tehsil-press.az