“NATO Rusiyaya qarşı yeni müdafiə planları hazırlayıb”

“NATO Rusiyaya qarşı yeni müdafiə planları hazırlayıb” NATO Hərbi Komitəsinin sədri Rob Bauer bəyan edib ki, alyans Rusiya ilə mümkün münaqişə üçün yeni müdafiə planları hazırlayıb.
Komitə sədri jurnalistlərin suallarını cavablayarkən münaqişə üçün hazırlanmış müdafiə planının ötən ilin yayında Litvanın paytaxtı Vilnüsdə keçirilən sammitdə təsdiqləndiyini qeyd edib.
Admiral NATO-nun Rusiyanı real təhlükə hesab edib-etməməsi ilə bağlı suala belə cavab verib:
“Müdafiə planlarımızda və strategiyamızda alyans üçün iki əsas təhlükəni qeyd edirik. Bunlar Rusiya və terror qruplarıdır. Biz Rusiyanı NATO üçün təhlükə kimi görürük.
Bizim müdafiə planlarımız məhz buna yönəlib. Biz müdafiə ittifaqıyıq və buna hazır olmalıyıq, hazırlaşmağa davam edirik”.

Tehsil-press.az





Oxşar xəbərlər