AMEA-nın Rəyasət Heyətinin Yer Elmləri Bölməsinin 2023-cü il üzrə hesabatının müzakirəsinə həsr olunmuş iclası keçirilib.
Yer Elmləri Bölməsinin Elmi şurasının sədr müavini akademik Fəxrəddin Qədirov bölmənin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib. Bildirib ki, ötən il bölmənin əhatə dairəsində olan elmi müəssisələrdə 14 problemi əhatə edən 43 mövzu üzrə elmi-tədqiqat işləri yerinə yetirilib, 13 elmi-tədqiqat işi başa çatdırılıb. Hesabat ilində bölmənin əhatə dairəsində olan elmi müəssisədə 1 tətbiq işi tamamlanıb, 1 patent alınıb, təsərrüfat müqaviləsi əsasında 139 elmi-tətbiqi iş yerinə yetirilib.
Akademik hesabat ilində Yer Elmləri Bölməsinin elmi müəssisələrində 7 monoqrafiya, 12 kitab və 20 dərslik, 268 məqalə (108-i xaricdə), 185 tezisin (51-i xaricdə) nəşr edildiyini, onlardan 76-sının “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü bildirib.
O, həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq, qrantlar və təltiflər elektron elmin vəziyyəti, “Vikipediya”da, eləcə də AMEA-nın müəssisələrinin saytlarının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatı diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Yer Elmləri Bölməsinin 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib. Əldə olunmuş mühüm nəticələrin akademiyanın illik hesabatına daxil edilməsi qərara alınıb.
Tehsil-press.az