Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının ötən il 4 kitabı nəşr olunub

Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının ötən il 4 kitabı nəşr olunub AMEA-nın Rəyasət Heyətinin Şəki Regional Elmi Mərkəzinin 2023-cü il üzrə hesabatının müzakirəsinə həsr olunmuş iclası keçirilib.
İclasda Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü illik hesabatı təqdim edib. O, 2023-cü ildə 7 yeni prioritet istiqamətdə, 8 şöbədə və 8 mövzu üzrə elmi-tədqiqat işlərinin yerinə yetirildiyini, 4 kitabın, 53 məqalə və 28 tezisin nəşr olunduğunu bildirib.
Y.Şükürlü tədqiqatların əsasən təbii fəlakətlərin və texnogen sferadakı baş verə biləcək təhlükələrin proqnozlaşdırılması və operativ məlumatlandırılması, ekoturizm potensialından səmərəli istifadənin yollarının müəyyənləşdirilməsi, ətraf mühitin mühafizəsi və təbii ehtiyatların səmərəli istifadəsi istiqamətləri üzrə aparıldığını qeyd edib.
Yusif Şükürlü, həmçinin Şəki Regional Elmi Mərkəzin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, beynəlxalq əməkdaşlıq, təltiflər, elektron elmin vəziyyəti barədə məlumatı diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Şəki Regional Elmi Mərkəzinin 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib. Əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

Tehsil-press.az


Oxşar xəbərlər