Ətraf aləmdən ən çox təcrid olunan Sentinel qəbiləsi

Ətraf aləmdən ən çox təcrid olunan Sentinel qəbiləsi Hind okeanında yerləşən Andaman arxipelaqının (adalar qrupu) Şimali Sentinel adasında dünyadan təcrid olunmağa çalışan və kənar şəxslərlə əlaqəni qəti şəkildə rədd edən Sentinel qəbiləsi yaşayır.
Bununla bağlı araşdırmanı təqdim edirik.
Bu qəbilənin üzvləri ilə əlaqə yaratmaq heç də asan deyil. Bir neçə ekspedisiya istisna olmaqla qalan bütün cəhdlər uçan oxlarla cavablandırılıb. Ona görə də onlar haqqında məlumat olduqca azdır. Adanı əhatə edən sıx meşə örtüyü də havadan müşahidə aparmaqda maneə yaradır. Çox az sayda ekspedisiya məlumatlarına əsasən Sentinellərə aid bəzi maraqlı məlumatlar bunlardır:
◾️ Sentinellər kənar şəxslərə qarşı düşmən mövqeyindədirlər və könüllü olaraq təcrid olunmuş qəbilə kimi qalmağı seçirlər. Bu proses onların müdafiə refleksi kimi başa düşülür.
◾️ Ada Hindistana məxsusdur və xarici turistlərin oranı ziyarət etməsi Hindistan hökuməti tərəfindən qadağan edilib.
◾️ 2001-ci ildə alınan siyahıyaalınmaya görə, adanın əhalisi təxminən 39 nəfər, 2011-ci ildə isə cəmi 15 nəfər göstərilirdi. Lakin ada sakinlərinin sayının 50-200 nəfər arasında olduğu təxmin olunur.
◾️Hesab olunur ki, bu insanlar təxminən 60 min ildir burada yaşayırlar və adaya Afrikadan köç ediblər. Sentinellərin adaya gəlməsini isə mütəxəssislər belə güman edirlər - O dövrdə okean səviyyəsi aşağı olduğundan quru sahə indikindən daha çox idi və bu da insanların piyada səyahətinə mane ola bilməzdi.
◾️ Əsas məşğuliyyətləri ovçuluq və yığıcılıqdır. Alətləri isə daş və heyvan sümüklərindən hazırlayırlar.
◾️Ocağı yerə düşən ildırımdan əldə edirlər və onu sönməməsi üçün qoruyurlar.
◾️Sentinellərin danışdığı dili onlardan başqa kimsə bilmir. Hətta qonşu tayfalarla belə dil oxşarlığının olmadığı qənaətinə gəlinib.
◾️Sentinellər yaşadıqları mühitə görə kifayət qədər sağlam orqanizmə malik olsalar da, müasir xəstəliklərə qarşı həssasdırlar.
◾️Adaya ilk ekspedisiya 1880-ci ildə ingilislər tərəfindən təşkil olunub. Qəbilə üzvlərinin gizlənməsinə baxmayaraq ingilis dəniz zabiti Portman dörd uşağı olan yaşlı bir cütlüyü əsir götürür. Əslində, Portmanın məqsədi onlar vasitəsilə ada sakinləri haqqında məlumat almaq idi. Lakin onlar yaşlı insanlar xəstəlik səbəbindən ölür. Daha sonra Portman xəstə uşaqları hədiyyələrlə adaya geri göndərir. Düşünülür ki, bu hadisə ada sakinlərinin kənar şəxslərə qarşı daha aqressiv olmasına şərait yaradıb.
◾️Onlarla ünsiyyət qurmağa çalışarkən (“National Geographic” komandası vasitəsilə) kokosu çox sevdikləri və metal əşyaları qəbul etdikləri məlum olub. Maraqlıdır ki, onlara hədiyyə edilən digər vasitələrdən (donuz və plastik materiallar kimi) imtina ediblər.
◾️Antropoloqlar müasir dövrdə mövcud olan qəbilələrin qorunulması üçün onların təcrid edilməsinin əhəmiyyətli olduğunu vurğulayırlar.

Tehsil-press.az


Oxşar xəbərlər