“British Council” və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Transmilli Təhsil Siyasəti Forumu keçirilib.
Forum Azərbaycanda transmilli təhsilin təşviq edilməsinə həsr olunub. Forumun məqsədi Azərbaycanla Böyük Britaniya arasında transmilli təhsilin inkişafına kömək edilməsi, hər iki ölkənin ali təhsil sistemlərində transmilliliyi dəstəkləyən dəyişikliklərin müəyyən olumasıdır. Forumun keçirilməsi həm də universitet reytinqlərinin ali təhsilə transformativ təsirini, onun bütün dünyada maraqlı tərəflərini müzakirə etmək, Elm və Təhsil Nazirliyinə Britaniya azərbaycanlıları konsorsiumunun yaradılmasına dəstək olmaq məqsədi daşıyıb.
Tədbirdə çıxış edən "British Council”ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva transmilli təhsilin Azərbaycanın ali təhsil imkanlarını daha da genişləndirəcəyini deyib. O bildirib ki, "British Council" 90 ildir fəaliyyət göstərir və dünyanın 30-dan çox ölkəsi ilə əməkdaşlıq edir.
Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld forumun Birləşmiş Krallıqla Azərbaycan arasında təhsil sahəsində münasibətlərin daha da inkişaf etməsinə təsir göstərəcəyini deyib. Səfir transmilli təhsilin Azərbaycana daha çox əcnəbi tələbə gətirəcəyini bildirib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova transmilli təhsil modelinin Azərbaycanda tətbiqinin 2019-2023-cü illərdə Dövlət Proqramının prioriteti olduğunu deyib. Bildirib ki, bu təhsil modeli peşəkar mütəxəssislərin yetişdirilməsinə yönəlib.
Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərinə daxil olmasından söz açan Ülkər Səttarova 110 ölkədən 10 min əcnəbi tələbənin ali təhsil müəssisələrimizdə təhsil aldığını qeyd edib.
Elm və təhsil nazirinin ali təhsil üzrə müşaviri Nicat Məmmədli Azərbaycanda ikili diplom proqramlarının tətbiqindən danışıb. O bildirib ki, ilk ikili diplom proqramı Fransa-Azərbaycan Universiteti ilə tətbiq edilib. Nazir müşaviri hazırda "British Council"in ikili diplom proqramlarına minə yaxın yerli tələbənin cəlb olunduğunu bildirib.
Forumda universitetlərin beynəlmiləlləşmə gündəliyini dəyişdirməsinə kömək edən, statistika və analitik məlumatlar, tədbirlər və konsultasiyalar sahəsində təcrübəsi olan qlobal təhsil şirkəti "Times Higher Education" (THE) təşkilatını təmsil edən şəxslər, habelə Birləşmiş Krallığın aparıcı universitetlərində transmilli təhsil sahəsində çalışan mütəxəssislər iştirak ediblər. İştirakçılar THE-nin universitetlərin reytinqinə dair fərqli təqdimatları, transmilli təhsilin müxtəlif formaları ilə tanış olub və Birləşmiş Krallığın bu sahədə təcrübəsi haqqında məlumat alıblar.
Tehsil-press.az